MY-yə keçməyəcək, “Liverpul”a hörmət əlaməti olaraq
"Mançester
Yunayted” "Barselona”nın futbolçusu Filippe Koutinoya maraq göstərsə də, böyük
ehtimalla onu heyətə cəlb edə bilməyəcək.
Kaspi.az xəbər verir ki, Koutinyo "Mançester Yunayted”ə keçmək
niyyətində deyil. O, bunu "Liverpul”a
hörmət əlaməti olaraq etməyəcək.
MY Pol Poqba gedəcəyi
təqdirdə, Koutinonu transfer etməyi
planlaşdırırdı. Onun "Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında başa
çatır.
Koutino
"Liverpul”da 2013-2018-ci illərdə çıxış edib. O, "Barsa”da keçirdiyi 54 oyunda
11 qol vurub, 5 qol ötürməsi edib.