MY-ni çalışdıra bilərmiş, həyat yoldaşı qoymayıb
"Liverpul”un baş
məşqçisi Yurgen Klopp 2013-cü ildə "Mançester Yunayted”lə müqavilə bağlamağa
yaxın olub.
Kaspi.az xəbər
verir ki, bu barədə məlumatı "Liverpul”un sabiq futbolçusu və məşqçisi Fil
Tompson verib. Kloppu ser Aleks Ferqyusonu əvəzləməyə həyat yoldaşı mane olub:
"Mən Kloppdan
müsahibə almışdım. Həmin vaxt o etiraf etdi ki, 2013-cü ildə MY ilə müqavilə
bağlamaq istəyirmiş.
Ancaq onu bu
addımı atmaqdan həyat yoldaşı çəkindirib. Həyat yoldaşı Kloppa deyib ki, düzgün
qərar vermirsən.
Amma "Liverpul”
variantı ortaya çıxanda, həyat yoldaşı bildirib ki, düzgün variant budur.
Klopp
"Liverpul”u 2015-ci ildən çalışdırır.