MY məğlub olduğunu etiraf etdi, mübarizədən çəkildi
"Tottenhem”in
futbolçusu Hari Keyn karyerasını "Real”da və ya "Mançester Siti”də davam etdirə
bilər.
Kaspi.az
xəbər verir ki, Keynin "Mançester Yunayted”ə keçəcəyi bildirilirdi. Amma ən son
məlumata görə, MY Keyn uğrunda mübarizədən çəkilib.
Məlumata
görə, MY Keynin transfer qiymətinin yüksək olması səbəbindən məğlubiyyətini
etiraf edərək, mübarizədən çəkilib. Qeyd edək ki, bu yaxınlarda Keyn titul
qazanmaq istədiyini, buna görə də komandasını dəyişmək niyyətinin olduğunu
bildirmişdi.
Hazırda
futbolçunu almağa əsas namizəd "Real” və "Mançester Siti”dir. Hər iki klub ona
görə 170 milyon avro ödəməyə hazırdır.