• cümə, 29 Mart, 10:30
  • Baku Bakı 5°C

Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər

18.01.22 09:30 399
Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər
Günəş şüalarının isbat olunmuş bir sıra faydaları var və insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır. Gün işığı depressiyanı aradan qaldırır, eləcə də sümüklərin güclənməsinə, beynin normal fəaliyyətinə xidmət edir. Gün ərzində 10-15 dəqiqə Günəş şüalarından yararlanmaq olar.
Lakin Günəşin faydası ilə yanaşı, onun zərərləri də var. Soyuq havanın orqanizm üçün əks təsirləri mövcuddur. Son günlər isə əhali arasında, xüsusilə respirator viruslar, eləcə də qrip yayılıb. Özünü uzunmüddətli yüksək hərarət, ishal, qusma kimi əlamətlərlə göstərən xəstəliklər daha çox narahatlığa səbəb olur. Əsasən azyaşlı uşaqlarda müşahidə edilən əlamətlər yeni növ koronavirusa (COVID-19) bənzəsə də, yoxlamaların nəticəsi bunun əksini göstərir. Bəzən həmin halların səbəbi soyuq hava ilə əlaqələndirilsə də, mütəxəssis rəyləri fərqlidir.
AZƏRTACxəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayev yayılan qrip xəstəlikləri barədə deyib: "İnfluenza” infeksion xəstəlikdir. İlk növbədə qızdırmaya nəzarət etmək, onun 38 dərəcədən aşağı olmasına çalışmaq, çoxlu maye qəbul etmək lazımdır. İmmunitetin güclü olması infeksiyanın qarşısını alan ən başlıca amildir".
Mövsüm dəyişməsi zamanı ilə əlaqədar ürək-damar, tənəffüs sistemi və bəzi xroniki xəstəliklər də fəallaşır. Bu isə daha diqqətli olmağı tələb edir. Hospitalın həkim-terapevti Nərgiz Kərimova isə bildirib: "Təzyiqin yüksəlməsi və tənəffüs sistemi xəstəlikləri xüsusilə narahatlıq doğurur. Onlardan bronxial astma və allergik xəstəliklərin artması daha çox müşahidə edilir. Həmin xəstəliklər hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq daha çox təsir edir. Ona görə də təzyiq dərmanlarının və digər preparatların vaxtlı-vaxtında qəbul edilməsi, allergen təsirlərə malik maddələrdən uzaq olmaq və çoxlu maye içmək məsləhətdir”.
Beləliklə, bu dövrdə orqanizmin immunitetini yüksək səviyyədə saxlamaq üçün tətbiq edilən üsullar sadə olsa da, ona əməl etmək hər kəsin özündən asılıdır.
banner

Oxşar Xəbərlər