• cümə, 29 Mart, 00:11
  • Baku Bakı 7°C

Mövlud Çavuşoğlu: İndiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik

05.07.20 18:30 674
Mövlud Çavuşoğlu: İndiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik
Türkiyə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli mübarizə aparmaqla bərabər, infeksiyanın yayılmasının qarşısını almaq üçün xarici ölkələrə yardım etməkdədir.
AZƏRTACxəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Alanya rayonunda keçirilən "Sağlam turizm, təhlükəsiz şəhər” toplantısındakı çıxışında ifadə edib. Nazir məlumat verib ki, indiyədək 130 ölkədən 90 mindən yuxarı Türkiyə vətəndaşı ölkəyə gətirilib. O cümlədən, 90 ölkənin istəyi ilə təxminən 230 min xarici vətəndaşın öz məmləkətinə getməsinə köməklik göstərilib. Bu vaxtadək 137 ölkəyə COVID-19 infeksiyasına qarşı ləvazimatlardan ibarət yardım göndərilib. Yardımlara davam edir.

banner

Oxşar Xəbərlər