• cümə, 19 Aprel, 17:19
  • Baku Bakı 25°C

Mövlud Çavuşoğlu: Gəmi Qabonda limana çatandan sonra Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq

24.01.21 12:30 359
Mövlud Çavuşoğlu: Gəmi Qabonda limana çatandan sonra Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq
Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmi hazırdaQabon sahillərindədir.
APA-nın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var: "Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.
M. Çavuşoğludəniz quldurlarının girov götürdüyü 15 nəfərin azad edilməsi üçün bütün addımların atılacağını söyləyib: "Vətəndaşlırımızı qaçıran dəniz quldurları hələ əlaqə saxlamayıb, tələblərini bildirməyiblər”.
Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.
banner

Oxşar Xəbərlər