• şənbə, 20 Aprel, 01:02
  • Baku Bakı 15°C

Müyəssərlik üzrə ekspertlərin hazırlanması təlimləri davam etdirilir

18.09.19 12:23 567
Müyəssərlik üzrə ekspertlərin hazırlanması təlimləri davam etdirilir
Əlilliyi olan şəxslərin müstəqil hərəkətlərinin təmin olunması üçün müyəssərlik üzrə ekspertlərin hazırlanmasına dair ikinci təlim Rusiyadan dəvət olunmuş təlimçi – ekspertlər tərəfindən Bakıda keçirilmişdir. Təlimin praktik məşğələ hissəsi Sabir adına Dövlət Pedaqoji Kollecində icra olunmuşdur. Təlim iştirakçıları kollecin müyəssərliyinin təmin olunması üçün monitorinq aparmış və bunun əsasında təkliflər hazırlamışdır.
Bu mövzuda birinci təlim 3 – 6 iyun tarixlərində Lənkəran şəhərində keçirilmişdir. Bu təlimlərdən sonra hazırlanmış ekspertlər şəhərin fiziki infrastrukturu üzrə monitorinqlər keçirəcək, 3 obyektdə müyəssərlik işləri görüləcək və Lənkəran şəhəri üçün müyəssərlik modeli hazılanacaqdır.
Ekspertlər gələcəkdə Respublikanın digər regionlarında da müyəssərliyin təmin olunması üçün müvafiq fəaliyyətləri həyata keçirəcəklər.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində əlçatan mühitin yaradılmasına dair "Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində keçirilir.
banner

Oxşar Xəbərlər