• şənbə, 20 Aprel, 03:00
  • Baku Bakı 15°C

Müxtəlif dövrlərdə Avropanın Gənclər Paytaxtı seçilmiş şəhərlərin nümayəndələri Serbiyada görüşüblər

17.11.19 13:15 1169
Müxtəlif dövrlərdə Avropanın Gənclər Paytaxtı seçilmiş şəhərlərin nümayəndələri Serbiyada görüşüblər
Serbiyanın Novi-Sad şəhərində Avropa gənclər paytaxtları mövzusunda dəyirmi masa keçirilib.
Novi-Sad meriyasındanAZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif dövrlərdə Avropanın Gənclər Paytaxtı seçilmiş şəhərlərin təmsilçiləri görüşüblər. Azərbaycanın Gəncə, Portuqaliyanın Braqa, Rumınyanın Kluza, Sloveniyanın Maribor və Yunanıstanın Saloniki şəhərlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Novıy-Sad şəhərinin meri Miloş Vuçeviç çıxış edərək həmin şəhərlərin gəncləri arasında qurulan sıx əməkdaşlıq barədə danışıb. Bildirilib ki, bu şəhərlər qalib olduqları illərdə əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək Avropanın müxtəlif yerlərindən gələn gənclərin tanışlığına və birgə layihələrin reallaşmasına təkan verib.
Qeyd edək ki, 2020-ci ilin Avropa Gənclər Paytaxtı Fransanın Amyen şəhəri seçilib. Gəncə isə bu titulu 2016-cı ildə daşımışdı.

banner

Oxşar Xəbərlər