AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müxalifət niyə birləşməyi bacarmır?

Müxalifət niyə birləşməyi bacarmır?

Siyasət
06 May 2013, 08:06 1722
Bu fəallıq, əsasən, birləşmə və seçkilərə vahid namizədlə getmək ətrafında müzakirələrlə müşahidə olunsa da, son nəticədə birliyə nail olmaq mümkün olmur. Bu seçki ilində də müxalifətin radikal kəsimi ənənəvi olaraq birlik haqqında müzakirələrə başlayıb. Bu vaxta qədər müxalifətin geniş spektrinin İctimai Palatada birləşdiyini əminliklə ifadə edən AXCP və Müsavat partiyaları indi də Milli Şura yaratmaqla bağlı müzakirələr aparırlar. Radikal müxalifətin mövcudluğunun 20 illik tarixini müşahidə etdikdə, ekspertlərin rəylərini nəzərdən keçirdikdə, demək olar ki, bu seçki ilində də müxalif birlik yaranmayacaq.

Müxalifətin uğursuz birlik cəhdlərinin səbəbi barədə fikirləri öyrənmək üçün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə əlaqə saxladıq. Partiya sədri Milli.Az-a açıqlamasında bildirdi ki, partiya sədrləri tam müstəqil deyillər və ölkədəki vəziyyəti düzgün dəyərləndirə bilmirlər.

“Bu həm də Azərbaycanın ətrafında baş verən proseslərlə bağlıdır. Hətta müstəqil olan partiya rəhbərləri Azərbaycandaxili vəziyyətin beynəlxalq sferada necə dəyərləndirilməsi haqqında məlumatsızdırlar. Ölkənin resursları və hakimiyyətin vəziyyəti haqqında məlumatsızdırlar”, - o əlavə edib.

Ə.Əliyevin sözlərinə görə, müxalif partiya sədrləri şəxsi maraqları ümumi maraqlardan üstün tutduqlarına görə də bir araya gələ bilmirlər.

“Bir sıra hallardan ümumi nəticənin olmayacağı qənaətinə gəlib şəxsi və partiya maraqlarını önə çəkməyə çalışırlar. Özlərinin və rəhbərlik etdiklərinin maraqlarına cavab verən qərarların qəbul olunmasına çalışırlar”, - VİP sədri vurğulayıb.