• cümə, 29 Mart, 19:22
  • Baku Bakı 14°C

Mütəxəssis: Tətbiq olunan qaydalar fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur

14.03.20 14:36 630
Mütəxəssis: Tətbiq olunan qaydalar fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur
Azərbaycan hazırda qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Bunu Trend-ə "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etdiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir:
"Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir".
Mütəxəssis Azərbaycanda koronavirusa qarşı həyata keçirilən profilaktik işləri yüksək dəyərləndirərək ölkəmizin ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə almaqla bir çox tədbirlər həyata keçirdiyini də söyləyib.
O, Azərbaycanın İran və Gürcüstanla sərhədlərində giriş-çıxışın məhdudlaşdırılmasını da xəstəliyin yayılmaması baxımından düzgün addım kimi dəyərləndirib.
Y.Abdiyevanın sözlərinə görə, bütün bu tədbirlər əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınmasına yönəlib.
Ekspert yalnız dövlətin deyil, ayrı-ayrı insanların da ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almağa səy göstərəcəklərinə, qərarlara əməl edəcəklərinə əminliyini bildirib:
"Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
banner

Oxşar Xəbərlər