• cümə, 19 Aprel, 01:57
  • Baku Bakı 18°C

Müşahidə müddətində evdən çıxmaq və ziyarətçi qəbul etmək qəti qadağandır

08.07.20 14:45 561
Müşahidə müddətində evdən çıxmaq və ziyarətçi qəbul etmək qəti qadağandır
Müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir.
Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı evdə müşahidəyə dair iltizamda əks olunub.
Bildirilib ki, müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət olunmalıdır. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir. Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməli və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir. Təqdim edilən təlimatın digər müddəalarına riayət olunmalıdır.
Qeyd edək ki, sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəd aşağıdakı hallarda qüvvədən düşür:
1) Laborator test nəticəsi "neqativ” olduqda;
2) Həkim qərarı ilə şəxs müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən.
Xatırladaq ki, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
banner

Oxşar Xəbərlər