• cümə axşamı, 18 aprel, 11:20
  • Baku Bakı 12°C

Mursi tərəfdarları əks-hücumda: Misirdə fövqəladə vəziyyət

05.07.13 15:29 1482
Mursi tərəfdarları əks-hücumda: Misirdə fövqəladə vəziyyət
APA-nın məlumatına görə, Təhrir meydanında isə artıq sakitlik bərqərar olub. Mursi tərəfdarları “Hərbi çevrilişə yox”, “Oyan Sisi, liderimiz Mursi” deyə şüarlar səsləndirirlər. Onların Müdafiə Nazirliyinin binasına doğru yürüşə hazırlaşdığı qeyd olunur. Misirin Sina yarımadasında isə ordu mərkəzlərinə və bir polis məntəqəsinə silahlı hücumlar olub, hücum edənlər qumbaraatan və pulemyotlardan istifadə ediblər. Hücumlar nəticəsində bir hərbçi ölüb, iki hərbçi yaralanıb. Sina yarımadasının şimalında yerləşən qəsəbələrdə ordu hissələri və polis məntəqələrinə hücumların başladığı da qeyd olunur. Hücumların islamçı qruplaşmalar tərəfindən gerçəkləşdirildiyi bildirilir. Xatırladaq ki, Məhəmməd Mursinin devrilməsindən sonra bir çox silahlı qruplaşma ordunu kütləvi terror aktları ilə təhdid edib.
X X X
Misir ordusu Süveyş bölgəsi və Sina yarımadasının cənubunda fövqəladə hal vəziyyəti elan edib.
APA-nın məlumatına görə, bu barədə qərar hərbi birliklərə və polis məntəqələrinə silahlı hücumlar gerçəkləşdirildikdən sonra qəbul olunub. Silahlı basqınlar nəticəsində bir hərbçi ölüb, iki hərbçi yaralanıb. Silahlı hücumların “Müsəlman qardaşlar”a bağlı qruplaşmalar tərəfindən həyata keçirildiyi ehtimal olunur.
banner

Oxşar Xəbərlər