• cümə, 26 Aprel, 16:22
  • Baku Bakı 23°C

Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq

11.12.19 13:04 362
Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq
Biz ermənilərlə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıyıq.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.
O bildirib ki, münaqişə həll olunmalıdır və bunun başqa yolu yoxdur:
"Əgər gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların formatının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir".
banner

Oxşar Xəbərlər