• şənbə, 20 Aprel, 12:49
  • Baku Bakı 23°C

Ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahəsinə yönəldilib

18.07.19 13:00 22608
Ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahəsinə yönəldilib
2019-cu ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,4 faizi sənaye, 21,7 faizi isə tikinti sahəsinə yönəldilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, 14,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,3 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1,1 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.
banner

Oxşar Xəbərlər