• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

24.05.17 10:50 628
Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib
Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni baş direktor seçilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar Cenevrədə keçirilən 70-ci Ümumdünya Səhiyyə Assambleyasının iclasında qəbul olunub.
Bu barədə rəsmi olaraq plenar iclasda elan olunub.
Bildirilir ki, 51 yaşlı Tedros Adanom Qebreisus Eritreyanın paytaxtında və Londonda təhsil alıb, "İctimai səhiyyə" ixtisası üzrə elmlər doktoru dərəcəsinə yiyələnib.
O, 2005-2012-ci illərdə EfiopiyanınSəhiyyə Nazirliyinə rəhbərlik edib.
banner

Oxşar Xəbərlər