• şənbə, 20 Aprel, 01:46
  • Baku Bakı 15°C

Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək - Fotolar - Video

23.04.19 13:54 1173
Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək - Fotolar - Video
Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən "Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirib. Mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən çox kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lüğətlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri və bu qəbildən olan digər kitablar daxildir. Qeyd edək ki, kitablar Azərbaycan, rus və ingilis dillərindədir. "Nar”ın hədiyyə etdiyi kompüterləri məktəblilər həm informatika dərslərində, həm də elektron kitabxana kimi istifadə edə biləcəklər.

"Nar” Ümumdünya Kitab Günü ilə əlaqədar məktəbləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Ötən il mobil operator Bakıda yerləşən internat məktəblərindən birinə kitablar hədiyyə etmişdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir.

Qeyd edək ki, aprelin 23-nün hər il Ümumdünya Kitab Günü kimi qeyd edilməsi ilə bağlı qərar 1995-ci ildə UNESCO tərəfindən qəbul edilib. Əlamətdar günün məhz aprelin 23-də qeyd edilməsinin əsas məqsədi həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır.

Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması "Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. "Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.






banner

Oxşar Xəbərlər