AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymət

Ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymət

Cəmiyyət
12 Avqust 2020, 15:00 490
Məlum olduğu kimi, ölkə başçısı Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin məlum sərəncamına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının sözügedən sərəncamını yüksək qiymətləndirib, bunu bütövlükdə xalqımızın qəhrəmanlıq tarixinə verdiyi qiymət kimi dəyərləndirib: "Əhmədiyyə Cəbrayılov II Dünya Müharibəsinin ən böyük qəhrəmanlarından biri kimi sadəcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarıdnan kənarda da tanınan, ehtiramla yad edilən insnalarımızdandır. 1941-ci ildən etibarən Fransa Müqavimət Hərəkatında iştirak edən, faşist Almaniyasına qarşı mütərəqqi dünyanın apardığı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərən Əhmədiyyə Cəbrayılov, göstərdikləri igidliklərə görə Fransanın müxtəlif orden və medalları ilə təltif edilib, ona cəsur hərbçi kimi xüsusi imtiyazlar verilib. Məsələn, Əhmədiyyə Cəbrayılova verilən bu imtiyazlardan biri hərbi parad zamanı ona generallardan belə öndə getməyə icazə verirdi. Bu faktın özü Əhmədiyyə Cəbrayılovun necə böyük qəhrəman olduğunu sübut edir.

Bu baxımdan Prezident İlham Əliyevin Əhmədiyyə Cəbrayılovla bağlı verdiyi sərəncam olduqca təqdirəlayiqdir. Ölkə başçısının bu sərəncamını sadəcə hərb tariximizə, qəhrəmanlarımıza verilən qiymət deyil. Bu, həm də, perzidentimizin, dövlətimizin ümumbəşəri dəyərlərə verdiyi qiymət deməkdir. Çünki Əhmədiyyə Cəbrayılov faşizmə, irqi, milli ayrı-seçkiliyə qarşı mübarizə aparıb. O, insanlığın, ümumbəşəri dəyərlərin, sülhün və əminamanlığın qorunması, bəşəriyyətin "qəhvəyi taun”dan müdafiəsi uğrunda səy göstərib. Bu isə o deməkdir ki, ölkə başçısının Əhmədiyyə Cəbrayılovla bağlı sərəncamı bütövlükdə faşizmə qarşı aparılan mübarizəyə, ümumbəşəri dəyərlərin müdafiəsinə verilən qiymətdir.

Bildiyiniz kimi, xeyli müddətdir ki, torpaqlarımızın bir qismi erməni işğalı altındadır. Bu gün xalqımız erməni faşizminə qarşı mübarizəsini davam etdirir. Belə bir şəraitdə Əhmədiyyə Cəbrayılovla bağlı verilən sərəncam, həm də gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi baxımından önəmlidir. Gənc nəsil babalarının döyüş yolu, apardıqları mübarizə, bu mübarizədə göstərdikləri qəhrəmanlıqları bilməli, bu qəhrəmanlıqlardan ruhi-mənəvi güc almalı, müharibə zamanı erməni faşizminə qarşı mübarizədə bu qəhrəmanlıqları təkrarlamalıdır.

Bu baxımdan ölkə başçısının bu sərəncamını alqışlayır, bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkürümü bildiririk. Əminəm ki, bu sərəncam və ondan irəli gələn tapşırıqların icrası qəhrəmanlıq tariximizin öyrənilməsi və təbliğində yeni bir səhifə açacaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də öz töhfəsini verəcəkdir”.