• cümə, 19 Aprel, 03:35
  • Baku Bakı 18°C

Müharibənin psixoloji təsirlərinin azaldılmasını nəzərdə tutan layihə davam edir

14.06.21 18:14 307
Müharibənin psixoloji təsirlərinin azaldılmasını nəzərdə tutan layihə davam edir

BMT-nin Əhali Fondunun dəstəyi ilə "Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra edilən "Münaqişədən təsirlənən əhaliyə mobil psixo-sosial dəstək xidmətlərinin təmin edilməsi” layihəsi çərçivəsində yerli əhali qrupları ilə görüşlər həyata keçirilir.

Görüşlər zamanı Gənc Psixoloqlar İB-nin psixoloqlar və mütəxəssisləri müharibənin psixoloji fəsadlarını bu və ya digər dərəcədə öz üzərində hiss etmiş qadınlar və digər həssas əhali qrupları ilə müzakirələr aparır, onların üzləşdiyi psixoloji və emosional sarsıntıların aradan qaldırılması və psixi sağlamlıqlarının dəstəklənməsi istiqamətində faydalı tövsiyələr verir. Həmçinin, ehtiyacı olan zərərçəkmişlər üçün təmənnasız fərdi görüşlər təşkil edilir.

Müharibənin psixoloji təsirlərinin azaldılmasını nəzərdə tutan layihə Ağdam, Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Göygöl, Gəncə, Ağcabədi şəhər və rayonlarını əhatə edir.








banner

Oxşar Xəbərlər