AZE | RUS | ENG |

Müharibə məqsədi ilə Hörmüz boğazına daxil olan istənilən hərbi gəmi məhv ediləcək

Müharibə məqsədi ilə Hörmüz boğazına daxil olan istənilən hərbi gəmi məhv ediləcək
İran İslam İnqilabının Keşikçiləri Korpusunun Komandan müavini, general Əli Fədavi İranın Hörmüz boğazındakı hərbi donanmasının daha da gücləndirildiyini bəyan edib. General qeyd edib ki, xarici qüvvələrin müharibə hədələrinə qarşı olaraq İran boğazdakı hərbi iştirakının əhatəsini genişləndirib.
 
AZƏRTAC xəbər verir ki, o, müharibə məqsədi ilə boğaza daxil olan istənilən hərbi gəminin məhv ediləcəyini bildirərək deyib: "Müharibə məqsədi ilə bura gəmi göndərən dövlətlər peşman olacaqlar”.
 
General qeyd edib ki, ABŞ 40 ildir İranı sınağa çəkir. Amma özü bu sınaqlardan dərs götürmür. İran min illiklər boyu Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edib və bundan sonra da edəcək. Bu regionda sabitliyi pozmağa çalışan dövlət qarşısında İranı görəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006