• şənbə, 20 Aprel, 07:25
  • Baku Bakı 14°C

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

16.08.19 12:15 1007
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
Avqustun 19-dan 23-dək müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3 min 728 nəfərin iştirakı gözlənilir.
Təhsil NazirliyindənAZƏRTAC-a bildiriblər ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlərhttps://miq.edu.az/musahibelerlinki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdiriləcək.

banner

Oxşar Xəbərlər