• çərşənbə, 24 Aprel, 21:40
  • Baku Bakı 23°C

Müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

11.02.19 15:15 495
Müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Türkiyənin müdafiə naziri Hulusi Akar fevralın 11-də Ankarada rusiyalı həmkarı Sergey Şoyqu ilə Suriyadakı vəziyyəti müzakirə edəcək. Səfər türkiyəli nazirin dəvəti ilə həyata keçirilir.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, nazirlər Soçidə keçiriləcək Türkiyə-Rusiya–İran görüşü ərəfəsində Suriyanın İdlib şəhərindəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar. Ötən ilin sentyabrında Rusiyanın bu şəhərində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilmiş görüşdə İdlibdə təhlükəsiz zona yaradılması barədə qərar qəbul edilib. Noyabrda isə Suriyanın müxalif silahlı dəstələri bütün ağır silahları bölgədən çıxarıb. Lakin şəhərdə sabitliyə nail olmaq mümkün olmayıb. Belə ki, yanvarda İdlibdə ən azı 30 nəfər həlak olub, 180 adam yaralanıb.
banner

Oxşar Xəbərlər