AZE | RUS | ENG |

Müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Türkiyənin müdafiə naziri Hulusi Akar fevralın 11-də Ankarada rusiyalı həmkarı Sergey Şoyqu ilə Suriyadakı vəziyyəti müzakirə edəcək. Səfər türkiyəli nazirin dəvəti ilə həyata keçirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlər Soçidə keçiriləcək Türkiyə-Rusiya–İran görüşü ərəfəsində Suriyanın İdlib şəhərindəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar. Ötən ilin sentyabrında Rusiyanın bu şəhərində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilmiş görüşdə İdlibdə təhlükəsiz zona yaradılması barədə qərar qəbul edilib. Noyabrda isə Suriyanın müxalif silahlı dəstələri bütün ağır silahları bölgədən çıxarıb. Lakin şəhərdə sabitliyə nail olmaq mümkün olmayıb. Belə ki, yanvarda İdlibdə ən azı 30 nəfər həlak olub, 180 adam yaralanıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916