• cümə axşamı, 28 mart, 18:05
  • Baku Bakı 13°C

Müdafiə naziri Zakir Həsənov üçtərəfli görüş keçirəcək

20.11.18 11:15 491
Müdafiə naziri Zakir Həsənov üçtərəfli görüş keçirəcək
Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
banner

Oxşar Xəbərlər