• şənbə, 26 Iyul, 02:56
  • Baku Bakı 27°C

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

28.09.21 18:59 247
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
Müdafiə NazirliyindənKaspi.az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.
banner

Oxşar Xəbərlər