• cümə, 19 Aprel, 09:02
  • Baku Bakı 13°C

Mourinyo həmklubunun həyatını necə xilas edib?

21.04.20 17:08 671
Mourinyo həmklubunun həyatını necə xilas edib?
"Tottehem”in baş məşqçisi Joze Mourinyonun cəsarətli hərəkəti barədə məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, Mourinyo futbolçu olduğu vaxt həmklubunu yanan maşından xilas edib. Bu barədə fransız jurnalist Nikolya Bilanın "Mourinho: Behind the Special One” kitabında məlumat verilib.
Hadisə 1986-cı ildə baş verib. Həmin vaxt 23 yaşlı Mourinyo "Komersiu İndustriya” klubunda çıxış edird. Komandanın futbolçusu De avtomobilini məqş bazasının qarşısında saxlamaq istəyərkən, məlum olmayan səbəblərdən maşın alışıb.
Bu vaxt Denin köməyinə Mourinyo çatıb. O, həmklubunu yanan avtomobildən çıxararaq onun həyatını xilas edib. Mourinyonun futbolçu karyerası 1981-1987-ci illəri əhatə edib.
banner

Oxşar Xəbərlər