Motosiklet maşınla toqquşdu, ölənlər var - Yenilənib
10:48
Mingəçevir şəhərində ağır yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası maşını ilə xəstəxanaya aparılıb. Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
---------
11:10
Mingəçevirdə baş verən yol qəzasında ölənlərin adları açıqlanıb.
Mingəçevir Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, hadisə gecə saatlarında şəhərin Nərimanov prospektində qeydə alınıb.
Minik maşını ilə motosikletin toqquşması nəticəsində 2 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Ölənlər motosikletin sürücüsü və sərnişinləri - Mingəçevir sakinləri 52 yaşlı Mustafayev Sofiq Müseyib oğlu, 24 yaşlı Mustafayev Rasim Sofiq oğlu və 16 yaşlı Səfərov Mirsahib Namiq oğludur.
Faktla bağlı polis şöbəsində araşdırmalara başlanıb.