• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

Moskvada növbəti əməliyyat: 700-ə yaxın miqrant saxlanıldı

25.11.13 12:49 1096
Moskvada növbəti əməliyyat: 700-ə yaxın miqrant saxlanıldı
Rusiya paytaxtının Lyublino rayonundakı “Moskva” ticarət mərkəzində polisin keçirdiyi reyd zamanı 700-ə yaxın miqrant saxlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin miqrasiya qanunvericiliyini pozub-pozmadıqları və baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri araşdırılacaq. Ticarət mərkəzindəki əməliyyatla yanaşı, ətrafdakı binaların mənzillərində də yoxlama aparılıb.
Xatırladaq ki, polis eyni yerdə ötən həftə də reyd keçirmişdi.
banner

Oxşar Xəbərlər