Moskvada MDB təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcək

Moskvada MDB təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcək

Təfsilat
14 Noyabr 2019, 13:45 494
MDB təhlükəsizlik şuraları katiblərinin növbəti görüşü olacaq.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC –a bildiriblər ki, görüş noyabrın 22-də Moskvada reallaşacaq.
Görüşdə Mərkəzi-Orta Asiya regionunda təhlükəsizlik, MDB dövlətlərində dini radikalizmin yayılmasına qarşı mübarizə, MDB Antiterror Mərkəzinin fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.