• çərşənbə, 24 Aprel, 12:12
  • Baku Bakı 27°C

Moskvada “Azərbaycan nemətləri” mağazası açılacaq

22.02.19 21:32 565
Moskvada “Azərbaycan nemətləri” mağazası açılacaq
Moskvada "Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayacaq.
AZƏRTACxəbər verir ki, Moskvadakı keçmiş Miyus tramvay-traleybus parkının yerində böyük qastronomik kvartal açılıb.
"Vedomosti” qəzetinin yazdığına görə, yeni layihəni əslən Azərbaycandan olan iş adamları Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyevskaya ploşad” şirkətinin törəməsi "Siqm-invest” şirkəti həyata keçirib. Layihə çərçivəsində 1903-cü ildə tikilmiş və mədəni irs siyahısına daxil olan Miyus tramvay-traleybus parkının binası yenidən qurulub. Kavrtal 11 min kvadratmetr sahəni əhatə edir. Burada 140 mağazadan ibarət "Depo-Moskva”da 60-dan çox restoran yerləşir.
Hələlik burada bir neçə kafe və restoran fəaliyyət göstərir. Bu ilin mart-aprel aylarında bütün obyektlər müştərilərin üzünə açılacaq. Layihə müəllifləri hər gün kvartala ümumilikdə 20 minədək adamın gələcəyinə ümid bəsləyirlər.
Yeni açılan qastronomik kvartalda "Azərbaycan nemətləri” mağazasının və Azərbaycan mətbəxindən ibarət restoranın da yer alacağı gözlənilir.
banner

Oxşar Xəbərlər