Moskva Türkiyəyə zenit-raket komplekslərinin ikinci partiyasını satmağa hazırlaşır
Rusiyada "C-400” zenit-raket komplekslərinin ikinci partiyasının Türkiyəyə satışı məsələsi gündəmdədir.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. O əlavə edib ki, bu barədə razılaşma artıq əldə edilib.
Y.Uşakovun sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair danışıqlar aparılır.