• cümə axşamı, 28 mart, 13:53
  • Baku Bakı 16°C

Moskva Rusiya-Azərbaycan-İran formatına böyük əhəmiyyət verir

23.03.23 21:30 748
Moskva Rusiya-Azərbaycan-İran formatına böyük əhəmiyyət verir

Moskva Rusiya-Azərbaycan-İran formatına böyük əhəmiyyət verir.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, bu format iqtisadiyyat, nəqliyyat və energetika sahələrində birgə layihələrin praktiki reallaşdırılmasına xüsusi diqqət yetirməklə özünü səmərəli qarşılıqlı fəaliyyət platforması kimi təsdiq edib.

"Xatırladım ki, onun təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olub. Biz ümid edirik ki, üçtərəfli əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizi də daxil olmaqla, müasir şəraitdə çox tələb olunan dayanıqlı nəqliyyat infrastrukturunun yaradılmasına bundan sonra da əhəmiyyətli töhfə verəcək”, - deyə diplomat qeyd edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi yaxın gələcəkdə üçtərəfli görüşün gündəliyi və vaxtı ilə bağlı konsensusa nail olacağına ümid etdiyini bildirib. “Biz öz tərəfimizdən buna kömək etməyə hazırıq”, - deyə M.Zaxarova vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər