• çərşənbə, 24 Aprel, 04:36
  • Baku Bakı 14°C

Moskva-Bakı qatarının rəisi qaçaqmalla tutuldu

07.07.14 12:24 1038
Moskva-Bakı qatarının rəisi qaçaqmalla tutuldu
Bu barədə APA-ya DGK-nin mətbuat mərkəzindən məlumat verilib.
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşı Həsənov Salman Filman oğlunun idarə etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsilə Rusiyaya gedən Rusiya Federasiyası vətəndaşları Aslanov Elizbar Maxiyatdinoviçin, Seidov Mirbaba Miralamoviçin, Qadjibalaev Eldar Alibalaeviçin və Azərbaycan vətəndaşı Həsənov Salman Filman oğlunun üzərinə gömrük əməkdaşları tərəfindən şəxsi yoxlama həyata keçirilib. Yoxlama zamanı M.Seidovun üzərindən 20 000 ABŞ dolları, E.Qadjibalaevin üzərindən 20 000 ABŞ dolları, E.Aslanovun üzərindən isə 16 400 ABŞ dolları aşkarlanaraq, gömrük nəzarətindən gizlədərək aparmaq istədikləri üçün protokol tərtib edilməklə götürülüb.
Daha bir qaçaqmalçılıq faktı isə Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda aşkarlanıb.
Rusiya istiqamətindən “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 96 saylı “Moskva-Bakı” sərnişin qatarının 10-cu vaqonuna keçirilmiş gömrük baxışı zamanı qatar rəisi vəzifəsində çalışan Rusiya vətəndaşı Javoronkov İqor Yevgenyeviç tərəfindən radio-qovşağı quraşdırılmış qatar rəisinin xidməti otağında olan masanın arxa hissəsində xüsusi olaraq düzəldilmiş örtüyün arxasında, şitin içərisində gömrük nəzarətindən gizlədilmiş 980 qutu “ParliamentSilverBlue”, 250 qutu “True”, 80 qutu “Parliament”, 20 qutu “MarlboroSeventy-Twos” markalı siqaretlər və 11 ədəd 0,5 litrlik “İvuşkaLuks” araqları aşkar olunub.
Hər iki faktla bağlı təhqiqat aparılır.
banner

Oxşar Xəbərlər