• şənbə, 20 Aprel, 11:00
  • Baku Bakı 14°C

Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq

14.12.19 10:37 440
Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq
Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir.
Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.
Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq.
banner

Oxşar Xəbərlər