• cümə, 19 Aprel, 09:51
  • Baku Bakı 13°C

"Moody's" Azərbaycanın maliyyə dayanıqlığı reytinqini yüksəldib

21.05.21 12:30 578
"Moody's" Azərbaycanın maliyyə dayanıqlığı reytinqini yüksəldib
"Moody's Investors Service" ("Moody's") şirkəti Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a2" səviyyəsindən "a1" səviyyəsinə yüksəldib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması, Azərbaycanın güclü xalis kreditor mövqeyi və xarici valyutada olan borcun yüksək payına baxmayaraq, ölkənin suveren fondlarının həcminin bütün birbaşa dövlət borclarını və zəmanətlərini əhatə etməsi faktı ilə dəstəklənir.
Xatırladaq ki, aprelin 6-da "Moody's" Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnoz isə "stabil"dən "müsbət"ə yüksəldilib.

Qeyd edək ki, "Moody's" son 10 ildə ilk dəfədir Azərbaycanın reytinqi üzrə proqnozunu "müsbət" səviyyədə təsdiqləyib.
banner

Oxşar Xəbərlər