• cümə, 19 Aprel, 20:49
  • Baku Bakı 24°C

“Moody’s” Azərbaycanın maliyyə dayanıqlığı reytinqini artırıb

27.07.20 12:07 626
“Moody’s” Azərbaycanın maliyyə dayanıqlığı reytinqini artırıb
"Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a3" səviyyəsindən "a2" səviyyəsinə qaldırıb.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması Azərbaycanın güclü xalis kreditor mövqeyi ilə dəstəklənir. Ölkənin suveren fondlarının həcmi bütün birbaşa dövlət borclarını və zəmanətlərini qarşılaya bilir.
Qeyd edək ki, hazırda "Moody's” Azərbaycanın kredit reytinqini "Ba2” səviyyəsində qiymətləndirir.
banner

Oxşar Xəbərlər