• cümə, 19 Aprel, 13:07
  • Baku Bakı 25°C

Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb

19.04.19 11:53 375
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
Moldova Prezidenti İqor Dodon Azərbaycan diasporunun fəalını mükafatlandırıb.
Azərbaycanın Moldovadakı səfirliyindənAZƏRTAC-a bildiriblər ki, Moldova Prezident Aparatında Prezident İqor Dodon tərəfindən ölkənin ictimai-siyasi, mədəni həyatında xüsusi xidmətləri olan şəxslərin, eləcə də Moldovada yaşayan digər xalqların diaspor nümayəndələrinin orden və medallarla təltif olunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Prezident təltif olunacaq şəxslərə Moldova dövləti qarşısında göstərdikləri əvəzsiz xidmətlərinə görə şəxsən öz adından, Moldova xalqı adından dərin minnətdarlığını bildirib.
Tədbirdə Moldovanın KİV nümayəndələri, ictimai-siyasi xadimləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndəsi və Moldovadakı səfirliyimizin əməkdaşları da iştirak ediblər. Mükafata layiq görülənlər sırasında Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Namiq İsmayılov da olub. Həmyerlimiz Moldovada ötən əsrin 90-cı illərində baş vermiş münaqişə zamanı gedən döyüşlərdə iştirakına, Moldova dövləti üçün göstərdiyi xidmətlərinə görə medalla təltif edilib.
Həmyerlimiz çıxışında Moldova Prezidentinə göstərdiyi yüksək diqqətə və etimada görə öz təşəkkürünü bildirib və ona Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərindən ibarət 4 dildə (Azərbaycan, rus, ingilis və rumin) nəşr olunan kitabçanı hədiyyə edib.
Qeyd edək ki, səfir Qüdsü Osmanov səfirlik adından Namiq İsmayılovu təbrik edib və gələcək işlərində ona uğurlar arzulayıb. Həmyerlimiz təbrikə görə dərin minnətdarlığını bildirərək, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətimiz, eləcə də səfirlik hər zaman Moldovada yaşayan həmvətənlərimizə qayğı və dəstək göstərir.
banner

Oxşar Xəbərlər