AZE | RUS | ENG |

Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb

Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
Moldova Prezidenti İqor Dodon Azərbaycan diasporunun fəalını mükafatlandırıb.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Moldova Prezident Aparatında Prezident İqor Dodon tərəfindən ölkənin ictimai-siyasi, mədəni həyatında xüsusi xidmətləri olan şəxslərin, eləcə də Moldovada yaşayan digər xalqların diaspor nümayəndələrinin orden və medallarla təltif olunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Prezident təltif olunacaq şəxslərə Moldova dövləti qarşısında göstərdikləri əvəzsiz xidmətlərinə görə şəxsən öz adından, Moldova xalqı adından dərin minnətdarlığını bildirib.
Tədbirdə Moldovanın KİV nümayəndələri, ictimai-siyasi xadimləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndəsi və Moldovadakı səfirliyimizin əməkdaşları da iştirak ediblər. Mükafata layiq görülənlər sırasında Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Namiq İsmayılov da olub. Həmyerlimiz Moldovada ötən əsrin 90-cı illərində baş vermiş münaqişə zamanı gedən döyüşlərdə iştirakına, Moldova dövləti üçün göstərdiyi xidmətlərinə görə medalla təltif edilib.
Həmyerlimiz çıxışında Moldova Prezidentinə göstərdiyi yüksək diqqətə və etimada görə öz təşəkkürünü bildirib və ona Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərindən ibarət 4 dildə (Azərbaycan, rus, ingilis və rumin) nəşr olunan kitabçanı hədiyyə edib.
Qeyd edək ki, səfir Qüdsü Osmanov səfirlik adından Namiq İsmayılovu təbrik edib və gələcək işlərində ona uğurlar arzulayıb. Həmyerlimiz təbrikə görə dərin minnətdarlığını bildirərək, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətimiz, eləcə də səfirlik hər zaman Moldovada yaşayan həmvətənlərimizə qayğı və dəstək göstərir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946