• cümə, 19 Aprel, 13:25
  • Baku Bakı 25°C

MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib

03.05.20 21:00 696
MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) "Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib.
MOK-danAZƏRTAC-a bildiriblər ki, videokonfransın əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi, postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlər olub.
Qarşıdakı günlərdə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarına təsnifat prosesi ilə bağlı yenilənmiş qanunları açıqlayacağı haqda da idmançılara məlumat verilib. Bundan başqa "Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış atletlərimizin karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib.
Videokonfransda yaxşı fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin yüksək səviyyədə qalması məsələsinin də diqqətdə saxlandığı qeyd olunub. Karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqda da fikir mübadiləsi aparılıb. Yeni layihələrə dair təkliflər müzakirə edilib. Videokonfransın sonunda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.

banner

Oxşar Xəbərlər