• cümə axşamı, 25 aprel, 12:47
  • Baku Bakı 23°C

Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib

13.06.22 11:15 623
Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib

COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb.

“Bildiyiniz kimi, yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Hazırda Bakı-Abşeron bölgəsi üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli tibb müəssisəsi fəaliyyətini davam etdirir”, -deyə əlavə edilib

banner

Oxşar Xəbərlər