• cümə axşamı, 18 aprel, 23:30
  • Baku Bakı 21°C

Modul bağçalarının tikilməsi böyük əhəmiyyət kəsb edir

01.06.20 14:23 451
Modul bağçalarının tikilməsi böyük əhəmiyyət kəsb edir
Tovuz-Gədəbəy zonasından seçicilərin müraciəti, eyni zamanda müşahidələrim göstərir ki, artıq kənd təsərrüfatında işlər başlayıb, çox qızğın işlər gedir. Bu gün zərərvericilərlə mübarizə aparılan sahələrdə gübrələrdən, digər kimyəvi maddələrdən istifadə olunur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.
A.Nağıyev bildirib ki, sahələrdə işləyən bəzi anaların uşaqları ya qucağındadır, ya arxasına bağlı bir vəziyyətdədir, eyni zamanda həmin əkin sahələrinin kənarında bir alaçıq qurub uşaqları orada saxlayırlar:
"Soruşanda ki, bu məsələ nə ilə bağlıdır, təəssüflər olsun ki, valideyinlər deyir ki, uşaq baxçalarının çatışmazlığı, eyni zamanda dövlət inhisarında olan uşaq baxçalarında vəziyyətin çox acınacaqlı olması ilə bağlıdır. Təminat yüksək səviyyədədir, hər bir uşaq üçün müəyyən vəsait ayrılır və bu vəsaitdən narazılıq yoxdur. Lakin həmin baxçaların təmirə böyük ehtiyacı var. Bununla da bağlı keçirilən sorğulardan məlum olur ki, təmirə ayrılan vəsait bir neçə uşaq baxçasının təmirinə çatmır. Digər məqam ondan ibarətdir ki, həmin ayrılan vəsaitlə müəyyən modul baxçalarının tikilməsi mümkündür. Yəni bu vəsait onu ödəyə bilər.
Düzdür, şəxsi baxçalarda, eyni zamanda müəyyən sahibkarlara məxsus baxçalar yüksək səviyyədə qurulub, lakin dövlət inhisarında olan baxçalarda vəziyyət doğurdan da çox çətindir və ona görə də uşaqları orada saxlaya bilmirlər.
Təbii ki, koronavirus pandemiyası dövründə uşaq baxçaları bağlıdır, yəni mən əsas onu demək istəyirəm ki, bununla bağlı müəyyən monitorinqlərin keçirilməsinə ehtiyac var. Modul baxçalarının tikilməsi də böyük əhəmiyyət kəsb edir, çünki əsasən bu gün iş yerlərində çalışanlar gənclərdir və onların da uşaqları təmin olunmalıdır”.
Milli Məclisin sədri Sahibə Qarafova A.Nağıyevin modul tipli baxçalarla bağlı təklifini dəstəkləyib.
banner

Oxşar Xəbərlər