AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Moderna" peyvəndinin üçüncü dozasının COVID-19-un yeni ştammlarına qarşı təsirli olduğu göstərilib

Təfsilat
06 May 2021, 10:30 236
"Moderna"şirkətində koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvdənd dozasının təsiri barədə açqılama verilib.
 
Trend-in məlumatına görə, bunu sinaqların ilkin nəticələri göstərib.
 
Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından altı ilə səkkiz ay sonra əlavə doza alıblar.
 
15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozasına bədənin dözümlüyünü da qeyd etdi.
 
Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini deyib.