cümə, 07 Oktyabr, 10:38

Baku Bakı 19°C

MN: "Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur"

icon 304 icon 08 avqust 2022 | 13:30 MN: "Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur"

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.

Nazirlikdən Kaspi.az-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".