• şənbə, 27 Aprel, 03:05
  • Baku Bakı 14°C

MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır

31.08.17 14:15 781
MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır
Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

Nazirliyin mətbuat xidmətindənAPA-ya bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: "Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktı qeydə almayıblar”.

Qeyd edək ki,ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.
banner

Oxşar Xəbərlər