• şənbə, 20 Aprel, 00:36
  • Baku Bakı 15°C

MN: Ermənistanın 200-dək tank və digər zirehli texnikası, 228 artilleriya qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb

01.10.20 20:04 528
MN: Ermənistanın 200-dək tank və digər zirehli texnikası, 228 artilleriya qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb

"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: "Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.
Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulmasıvə İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır:"Bu müddət ərzində düşmənin200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 300 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb".

banner

Oxşar Xəbərlər