AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MM-in bu gün keçirilən iclasında bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib

MM-in bu gün keçirilən iclasında bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib

Cəmiyyət
24 Noyabr 2020, 11:53 163
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib.
 
APA-nın məlumatına görə, parlamentin iclasının gündəliyinə daxil edilən 5 məsələ müzakirələrdən sonra ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
 
İkinci oxunuşda qəbul edilən qanun layihələri aşağıdakılardır:
- Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”   Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).