• cümə, 29 Mart, 05:54
  • Baku Bakı 7°C

Əmlakın kirayəyə verilməsi hansı vergi öhdəliyi yaradır?

01.10.22 18:30 1007
Əmlakın kirayəyə verilməsi hansı vergi öhdəliyi yaradır?

Əmlakın kirayəyə verilməsindən əldə olunan gəlirlərdən 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmlakı kirayəyə götürüb icarə haqqı ödəyən şəxsin VÖEN-i olmadığı halda kirayə verən şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bundan əlavə, əmlakı kirayə götürən şəxsin VÖEN-i olduğu halda həmin şəxs kirayə verənə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.

Ödənilməli olan vergi məbləğini onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə ödəmək olar.

banner

Oxşar Xəbərlər