• cümə, 19 Aprel, 06:56
  • Baku Bakı 13°C

Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü oldu

19.12.13 12:56 1302
Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü oldu
Gürcüstan Respublikasının sabiq prezidenti (2004-2013) Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub.
Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sabiq dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında isə Rumıniyanın sabiq prezidenti (1996-2000) Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadic, Estoniyanın sabiq prezidenti (2001-2006) Arnold Ruutel, Latviyanın sabiq prezidenti (2007-2011) Valdis Zatlers üzv olublar. Hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq ölkə başçısı təmsil olunur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq I vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılıb. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi irsinin dünyada tanınması və təbliği təşkil edir. Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər UNESCO tərəfindən yüksək qiymətləndirilərək türk, yunan, hind, fars və kürd xalqları arasında dialoqun qurulmasında önəmli rol oynadığı vurğulanılır.
banner

Oxşar Xəbərlər