• cümə axşamı, 25 aprel, 19:22
  • Baku Bakı 21°C

Mixael Şumaxer yenidən əməliyyat olunacaq

10.06.20 17:36 798
Mixael Şumaxer yenidən əməliyyat olunacaq
Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq.
Trend-in məlumatına görə, onun üzərində ürək toxumasına kök hüceyrələrinin daxil edilməsi üzrə eksperimental əməliyyat keçiriləcək.
Mütəxəssislərin fikrincə, bu, idmançının əsəb sisteminin bərpasına yönəlib. M.Şumaxer ötən ilin sentyabrında da bu cür əməliyyat keçirmişdi.
Qeyd edək ki, sabiq Formula 1 pilotu 2013-cü ilin dekabrında xizək sürərkən kəllə-beyin travması almış və uzunmüddətli komaya düşmüşdü. Son dövrlədə M.Şumaxerin komadan ayıldığı bildirilsə də, sağlamlığında hər hansı bir irəliləyişin olmadığı deyilir.
banner

Oxşar Xəbərlər