• cümə, 29 Mart, 09:45
  • Baku Bakı 5°C

Misirin müvəqqəti prezidenti and içdi

04.07.13 12:39 1174
Misirin müvəqqəti prezidenti and içdi
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, A. Mansur keçid dövründə - yeni prezident seçilənə qədər ölkəni idarə edəcək. Onun vəzifəsi ölkəni siyasi böhrandan çıxarmaqla bağlı hərbi rəhbərliyin hazırladığı yol xəritəsini həyata keçirmək, o cümlədən müxalifətin rəyini nəzərə almaqla yeni Konstitusiya layihəsi hazırlamaq və müvəqqəti hökumət formalaşdırmaq olacaq.
Xatırladaq ki, A. Mansur prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırmış hərbçilər tərəfindən iyulun 4-nə keçən gecə dövlət başçısı təyin olunub.
banner

Oxşar Xəbərlər