• cümə axşamı, 25 aprel, 09:27
  • Baku Bakı 14°C

Misirdəki səfirliyimiz Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi

05.07.13 15:56 1228
Misirdəki səfirliyimiz Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
“Bildiyiniz kimi, Qahirədə bir neçə etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bunu nəzərə alaraq biz yenə də vətəndaşlarımıza tövsiyə edirik ki, kütləvi aksiyalar keçirilən yerlərdən maksimum dərəcədə uzaq dursunlar”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, səfirlik adi iş rejimində fəaliyyətini davam etdirir: “Səfirlikdə qaynar xətlər açıqdır. Vətəndaşların hər hansı narahatlıqları, problemləri, sorğuları varsa, səfirlik bunları dərhal cavablandırmağa hazırdır”.
banner

Oxşar Xəbərlər